Kirpi Sonik

Kirpi Sonik
yap. ソニック・ザ・ヘッジホッグ
ing. Sonic the Hedgehog
"Sonic the Hedgehog" personajı
2019-cu ildəki Kirpi Sonik dizaynı ("Team Sonic Racing" videooyunu).
2019-cu ildəki Kirpi Sonik dizaynı ("Team Sonic Racing" videooyunu).
İlk görünmə "Rad Mobile" (kameo, 1991)
"Sonic the Hedgehog" (1991)
Yaradan
Səsləndirən
Yaş 15[14]
Boy 100 santimetr (3.3 ft)[15]
Çəki 35 kiloqram (77 funt)[15]
Rəngi Göy
Göz Yaşıl (orijinalı qara)
Məlumat
Tam adı Kirpi Ocilvi Moris (ing. Ogilvie Maurice the Hedgehog)
Ləqəb(lər)i
  • Böyük göy (ing. Big Blue)
  • Göy ləkə (ing. Blue Blur)
  • Göy hoqqabaz (ing. Blue Buffoon)
  • Göy kirpi (ing. Blue Hedgehog)
  • Göy siçan (ing. Blue Rat)
  • Göy külək (ing. Blue Wind)
  • Saxtaçı (ing. Faker)
  • İblisi oyandıran (ing. Iblis Trigger)
  • Kiçik göy xilaskar (ing. Little Blue Savior)
  • Kirpi Neyv (ing. Knave the Hedgehog)
  • Müasir Sonik (ing. Modern Sonic)
  • Nişan yastığı (ing. Pin cushion)
  • Külək cəngavəri Ser Sonik (ing. Sir Sonic, Knight of the Wind)
  • Külək şeytanı (ing. Speed Demon)
  • Canlı olan ən sürətli şey (ing. The Fastest Thing Alive)
  • Əfsanəvi göy kirpi (ing. The Legendary Blue Hedgehog)
  • Dünyanın ən sürətli kirpisi (ing. World's Fastest Hedgehog)
Növü Kirpi
Cinsi Kişi
Ailə
  • Kirpi Culs (atası)
  • Kraliça Kirpi Alina (anası)
  • Kirpi Çarlz (babası)
  • Kirpi Menik (qardaşı)
  • Kirpi Sonya (bacısı)
  • Emi Rouz (sevgilisi)
  • Kirpi Menik (oğlu)
Bacarıqlar
  • Super sürət
  • Gücləndirilmiş dözümülük
  • Gücləndirilmiş akrobatik hərəkətlər və reflekslər
  • Gücləndirilmiş fiziki güc
  • Gücləndirilmiş tullanma
  • Gücləndirilmiş çeviklik
  • Gücləndirilmiş davamlılıq
  • Əlbəyaxa döyüş
  • Qılıncoynatma
  • Təyyarəni idarə etmə
  • Transformasiya

Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu?, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu?, ing. Ogilvie Maurice the Hedgehog).

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku?, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

Kirpi Sonikin yaradımasında "Sega" şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər.[16] Orijinal "Sonic the Hedgehog" videooyunu "Sega" şirkətini "Nintendo" şirkətinin flaqman personajı olan Marionun rəqibi olacaq və Aleks Kidd (ing. Alex Kidd) personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır.[17][18] Kirpi Sonik "Sonic Adventure" (1998) videooyunu üçün Yuci Uekava tərəfindən yenidən dizayn edilmişdir. Bu dizayn dəyişikliyi ilə Kirpi Sonik daha yetkin bir xarici görünüş əldə etmişdir.

Kirpi Sonik dünyanın ən tanınmış videooyun personajlarından birinə çevrilmişdir. 2014-cü ilin noyabr ayında əldə edilən statistik məlumatlara əsasən, onun şərəfinə adlanan videooyunlar cəmi 150.000.000 nüsxə satmışdır.[19][a] 2005-ci ildə Kirpi Sonik, MarioLink Oyun xiyabanına əlavə edilən ilk videooyun personajları idi. Videooyunlara əlavə olaraq, o, komikslər, kitablar, cizgi filmlər və bir anime filminin protaqonistidir.[25][26][27]

  1. Stüart, Kit. Sega Mega Drive/Genesis: Collected Works. Read-Only Memory. 2014. səh. 20—24.ISBN 978-0-9575768-1-0
  2. "ソニックというキャラクター性を表現しやすくしたかった" (yapon). Sonic Channel. 23 mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.[ölü keçid]
  3. "Martin Burke". www.behindthevoiceactors.com (ingilis). Behind the Voice Actors. 19 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.
  4. Orr, Con. "Seen and heard: The wide-ranging career of Ryan Drummond". www.mercurynews.com (ingilis). The Mercury News. 31 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  5. Martin, Teron. "Zetman Blu-Ray". www.animenewsnetwork.com (ingilis). Anime News Network. 16 dekabr 2013. 25 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  6. "English Video Game Actors Join Disney's Wreck-It Ralph Cast". www.animenewsnetwork.com (ingilis). Anime News Network. 9 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  7. Kroll, Castin. "Ben Schwartz to Voice 'Sonic the Hedgehog' in Upcoming Movie (EXCLUSIVE)". variety.com (ingilis). Variety. 8 avqust 2018. 11 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  8. Sonic Team, Sega AM3. SegaSonic the Hedgehog (yapon). Sega System 32. Sega. 1 iyun 1993.
  9. Sonic Team. Sonic the Hedgehog CD (yapon). Sega Mega-CD. Sega. 23 sentyabr 1993.
  10. "Fiche d'Alexandre Gillet". www.rsdoublage.com (fransız). RS Doublage. 6 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  11. Genna, Antonio. "Renato Novara" (italyan). AntonioGenna.net. 12 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  12. "Marc Stachel". www.synchronkartei.de (alman). Deutsche Synchronkartei. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  13. Lima, David Denis; Laboa. ""The O.C." – O sucesso de um estranho no paraíso". www2.uol.com.br (portuqal). ohaYO!. 30 mart 2006. 4 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. (#redundant_parameters)
  14. "ソニックチャンネル/キャラクター/ソニック" (yapon). Sonic Channel. 22 iyun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  15. 1 2 "Sonic Channel". Characters: Sonic (yapon). Sega. 7 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  16. Horovits, Ken. "Sega Stars: Yuji Naka". www.sega-16.com (ingilis). Sega. 22 iyun 2006. 14 noyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  17. Kennedi, Sem. "The Essential 50: Sonic the Hedgehog". www.1up.com (ingilis). 1up.com. 22 avqust 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  18. Deyvis, Kameron; Şumeyker, Bred. "The History of Sonic the Hedgehog". uk.gamespot.com (ingilis). GameSpot. 15 iyul 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  19. "Annual Reports 2014" (PDF). www.segasammy.co.jp (ingilis). Sega Sammy Holdings. 27 iyul 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 mart 2019.
  20. Smit, Ceymin. "Sonic the Hedgehog celebrates his 20th birthday". www.videogamer.com (ingilis). VideoGamer. 23 iyun 2011. 8 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019.
  21. "Appendix of Consolidated Financial Statements Year Ended March 31, 2012" (PDF). www.segasammy.co.jp (ingilis). Sega Sammy Holdings. 11 may 2012. səh. 6. 29 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 mart 2019.
  22. "FY Ended March 2013 Full Year Results Presentation" (PDF). Sega Sammy Holdings. 2013-05-13. səh. 21. 2016-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-08.
  23. "FY Ended March 2014 Full Year Results Presentation" (PDF). www.segasammy.co.jp (ingilis). Sega Sammy Holdings. 12 may 2014. səh. 21. 25 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 mart 2019.
  24. "Appendix of Consolidated Financial Statements Year Ended 31 mart 2015" (PDF). www.segasammy.co.jp (ingilis). Sega Sammy Holdings. 11 may 2015. səh. 6. 12 May 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 mart 2019.
  25. Terada, Kenci. (w). "エイミー姫をすくえ!" Sonic the Hedgehog (1992), Shogakukan.
  26. Fullerton, Şarlott. Desperately Seeking Sonic. Grosset & Dunlap. 2007. səh. 48.ISBN 978-0-448-44479-6
  27. "The Absolute Worst Sonic Moments". www.gamesradar.com (ingilis). GamesRadar. 13 aprel 2008. 16 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy